تبليغاتX
َAzer Cemiyyet -

َAzer Cemiyyet

 

BƏYANAT

AZƏR Cəmiyyəti 2001-ci ildə Azərbaycanlılar təşəbbüsü ilə təsis olunmuş, Isveç krallığın güney bölgəsində qanunı olaraq ictimai və siyasi fəaliyyətlə məsğül olan təşkilatdır.

AZƏR Cəmiyyəti Isvecdə yaşayan Azərbaycanlıların öz milli kimliyinin qoruyub saxlanması və inkişafı, o cümlədən Isveç cəmiyyətinə uyqunlaşması üçün fəaliyyət göstərir. Bununla belə AZƏR Cəmiyyəti Iranda xalqımızın öz milli və siyasi müqəddəratı uğrunda beynalxalq qanunlar cərcivəsində dinc və demokratik mübarizə aparan AZƏRBAYCAN MILLI HARAKATIN şovinist və santiralist sistemə qarşı mübarizəsi ilə birgədir.

AZƏR Cəmiyyəti bildirir ki, Iran çox millətli, başqa-başqa dil və külturlərdən təşkil tapmış bir ölkə olmasına baxmıyaraq bu ölkədə yaşayan başqa millətlərin milli kimliyi fars millətinin dil və külturü xeyrinə aradan getməkdədir.

Bir çox beynalxalq təşkilatların, o cümlədən dilçilik institutu Etnoloq da təsdiqlənən faktlara əsasan Iranda yaşayan insanların yarıdan çox qeyri fars millətlərə aıd olmasına baxmıyaraq bu ölkədə yaşayan qeyri-fars millətlərin öz ana dillərində heç bir məktəb və uşaq baxcası yoxdur. AZƏR Cəmiyyəti hesab edir ki, bu ədalətsizliyə göz yumub susmaq insanıyyətçiliqdən uzaqdır və belə vəziyyətdə ölkədə ədalətli və demokratik sistem yaratmaq qeyri-mümkundur. Cəmiyyət elan edir ki, bu cür milli sitəmlərin aradan qaldırılmasına yönədilmiş hər bir mədəni harakat tərəfimizdən alqişlanacaqlidir. Bütün bunlarla yanaşı AZƏR Cəmiyyəti vurqulayır ki, başqa millətlərə qarsışmənçilik kimi fəaliyyətləri dəstəkləmiriq, xalqlar arasında dostluq və səmimiyyət əhval-rühiyyəsinin yaranmasına və genişlənməsinə yüksək önəm verib və inanırıq ki, dostluq, azad və demokratik bir durumda millətlərin birlikdə yaşaması və inkişafı mümkundur.

AZƏR Cəmiyyəti ölkə parcalanmasın diyə demokratik sistemin yaranmasını gərəkli hesab edir və bu məqsəd əsasında demokratıya və ədalət istəyən bütün səmimi qüvvələrlə iş birliyi etməyə hazır olduğunu bildirir və vurqulayır ki, Iranda millətlərin birlikdə və dostluqda yaşamı üçün onların bərabər hüquqa malık olmaqlarından asılıdır.

Fərəhruz Rəncbər: Başqan

Eyvaz Modaber

Gulnarə Xankişiyeva

Arəş Qəribi

Xəlil Cəlili

Shəhriyar Hossienkhah

Saeid Ammari

Manaf Sababi

Natiq Cabiyev

Mehdi Mortəzəvi

 

 

 

 www.azercemiyyet.blogfa.com

Email: azercemiyyet@gmail.com 

 

 

+ نوشته شده در  سه شنبه چهاردهم اسفند 1386ساعت 18:39  توسط َAzer Cemiyyet